8-ci mikrorayonun ən əlverişli və prestijli ərazilərindən birində, Azadlıq metrostansiyasına piyada məsafədə, Tennis Akademiyasının yaxınlığında yerləşən Hüseynoğlu Residence yaşayış kompleksində 2 otaqlı mənzil satışa təqdim olunur.
Ümumi sahəsi 60 kv.m olan mənzil keyfiyyətli materiallarla təmir edilib və rahat yaşayış üçün ideal şəkildə planlaşdırılıb. Mənzil geniş və işıqlı qonaq otağı, yataq otağı, funksional mətbəx, sanitar qovşaq və koridordan ibarətdir.
Mənzildə işıq, su və qaz fasiləsiz olaraq təmin edilir. İsitmə sistemi kombidir, əlavə olaraq isti pol sistemi quraşdırılıb. Koridor, yataq otağı və mətbəxdə sifarişlə hazırlanmış yüksək keyfiyyətli mebellər mövcuddur. Mətbəx pəncərə önündə yerləşdiyindən gün işığını bol qəbul edir, rahat və istifadəyə yararlı sahəyə malikdir, həmçinin mövcud tikinti normalarına tam uyğundur.
Hüseynoğlu Residence sakinlərinə təhlükəsiz və komfortlu yaşayış şəraiti təqdim edir. Kompleksin geniş və abadlaşdırılmış həyəti, 24 saat mühafizə xidməti, yeraltı və yerüstü parkinq imkanları mövcuddur. Ətrafında marketlər, iaşə obyektləri, məktəb, bağça və digər vacib infrastruktur obyektləri yerləşir.
Həm yaşayış, həm də investisiya məqsədilə dəyərli seçim hesab olunan bu mənzil şəhərin ən tələb olunan ərazilərindən birində yerləşir.
Əlavə məlumat və mənzilə baxış keçirmək üçün əlaqə saxlaya bilərsiniz. Zəngə cavab verilmədiyi halda WhatsApp aktivdir.
Şirkətin xidmət haqqı 1% təşkil edir